Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçqınkom” bir ailəni 1302 manata köçürür – 1.6 milyonluq tender    

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) daha bir sensaion tender keçirib.

Tribunainfo.az xəbər verir ki, bir neçə gün əvvəl Laçında 91 evin tikintisi üçün 21.5 milyon manatlıq tender keçirən dövlət qurumu, bu dəfə ölkənin müxtəlif şəhərlərindən məcburi köçkünlərin Cəbrayla köçürülməsi üçün kifayət qədər böyük vəsaitli tender müqaviləsi bağlayıb.

“Məcburi köçkün ailələrinin müxtəlif ərazilərdən Cəbrayıl rayonuna köçürülməsi” adlı satınalma müqaviləsinin dəyəri 1.603.430,02 manat təşkil edir. Bu pulla QMKİDK 1228 ailəni ev əşyaları ilə birlikdə müxtəlif bölgələrdən Cəbrayıl şəhərinə və Şükürbəyli kəndlərinə daşıyacaq. Bu isə hər bi fərdin özünün və ev əşyalarının daşınmasının 1302 manata başa gələcəyi deməkdir. Bu olduqca böyük rəqəmdir və daha çox şişirdilmiş kimi görünür.

Qeyd edək ki, satınalma müqaviləsi “YÜK TAKSİSİ.AZ” MMC ilə bağlanılıb. Bu həmin şirkətdir ki, bütün ölkədə “166 yük taksisi” kimi tanınır. Həmin şirkətin saytında tariflərə diqqət etdikdə maraqlı detallar üzə çıxır. Məlum olur ki, bu şirkətin avtoparkında bütün növ yükləri daşıya biləcək 1200 avtomobil var. Yükdaşımanın qiyməti isə şəhər və rayaonlar üzrə fərqlidir. Maraqlıdır ki, 166 yükdaşıma şirkəti rayonlara daha ucuz yük daşıma həyata keçirir.

Düzdür, buraya yüklərin yığılması, qablaşdırılması və yığılıb-boşaldılması daxildir. Lakin araşdırmamız zamanı məlum olub ki, bu prosesi həyata keçirən fəhlələrə hər iş üçün, yəni hər bir maşının yüklənilib-boşaldılmasına görə, 40 manat ödəniş edilir. Ən maksimum halda bu rəqəm 60 manata qədər yüksəldilir. Bu da liftsiz binalara ağır yüklərin daşıması zamanı qeydə alınır.

Sadə bir hesablama aparaq: Cəbrayıla 1228 ailə köçürüləcək ki, bu da elə həmin sayda yük maşını deməkdir. Tender müqaviləsində Bakı, Gəncə, Masallı, Qazax və daha bir neçə rayonumuzdan Cəbrayıla köçün təşkili nəzərədə tutulub. Ən uzaq məsafə isə Qazaxdan Cəbrayıla olandır ki, bu da təxminən 400 km-ə yaxın məsafə deməkdir. Hər km üçün yükdaşımanın qiyməti isə 1 manat hesablanır. Bu orta hesabla Qazxadan Cəbrayıla gedəcək avtomobilin 400 manat xərci olacağı deməkdir. Hər maşın üçün 3 fəhlə nəzərdə tutularsa, bu da onların xərcinin 120-180 manata bərabərdir. Bundan başqa, hər hansı xərc tələb olunmadığı üçün ümumi daşınma xərci təxminən 600 manata yaxın olmalıdır. Belə olan halda, QMKİDK bir ailə üçün 1302 manatı necə, hansı meyarla hesablayıb?

Poliaon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay